Sahibkarlar bəzi cərimələrdən azad ediləcək
Ölçü:


Azərbaycan hökuməti bəzi pozuntulara görə sahibkarlara tətbiq edilən cərimə sahəsində güzəştlərə hazırlaşır.

Koordinat.az
xəbər verir ki, bu əmək qanunvericiliyinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulur. Belə ki, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələr şərti olaraq tətbiq edilə bilər.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb. Təklif qəbil edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.

14.09.2020 18:10:00
Oxuma sayı: 1458