Nazirlikdən müəllim olmaq istəyən namizədlərə müraciət
Ölçü:


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlərə müraciət edib.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, elektron yerləşdirmələr aparıldıqdan sonra müsabiqədə vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə zəruri sənədlər və işə qəbulun nəticəsinə dair çıxarış göndərilir: "Nəzərinizə çatdırmaq istəyirik ki, çıxarışın şəxsi səhifələrdə qeyd olunmuş tarixədək aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunması vacibdir. Yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Əks halda bu, vakant yerdən imtina hesab olunacaq. Bütün bunları nəzərə alaraq sənədlərinizi təqdim etdikdən sonra şəxsi səhifənizə daxil olub çıxarışın təsdiqləndiyini yoxlamağı unutmayın".
14.09.2020 15:19:00
Oxuma sayı: 20