Ötən dərs ilinin yarımçıq qalan hissəsi kompensasiya ediləcək
Ölçü:

2019/2020-ci tədris ilinin ikinci yarımili ilə bağlı şagirdlərin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib. Əmrdə qeyd edilib ki, 2019/2020-ci tədris ilinin 2-ci yarımilinə dair bütün siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyəti diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilməli və çatışmazlıqlar yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılmalıdır. 
14.09.2020 10:37:00
Oxuma sayı: 23