Corc Sorosun “beşinci kolonu” Avropanın gələcəyini təhdid edir
Ölçü:


Qalmaqallı milyarderin çoxdankı düşməni – Macarıstan baş naziri Viktor Orban – sayəsində “Sorosun siyahısı”, nəhayət, hamıya məlum olub. Avropa parlamentinin (AP) maliyyəçinin layihələrinə lobbilik edən və onun göstərişi ilə AB qanunvericiliyini dəyişdirən deputatları bu siyahıdadır. Onların dosyesində Rusiyaya münasibət ayrıca bir madədir. Onların Sorosun dostu və ya düşməni olduğu məhz bundan asılıdır. Milyarder və xeyriyyəçi Corc Sorosun dünya siyasətinə fəal şəkildə müdaxilə etdiyi və bütöv ölkələri yönəltməyə səy göstərdiyi haqda söz-söhbətlər, adətən, konspirologiya sayılır. Amma indi konkret sübut meydana çıxıb ki, maliyyəçi həqiqətən də Avropa Birliyində qərarların qəbuluna təsir edir: DCLeaks-in hakerləri Sorosun sevimli övladı “Açıq cəmiyyət”in üsullarını dərc ediblər. Bu, Avropa parlamentinin “Açıq cəmiyyət”in ideya müttəfiqləri olan 226 üzvü haqda məlumat toplanmış  tutumlu bir sənəddir. Sorosun sevimli ideyalarını – mühacirlərin Avropada məskunlaşması, “gender bərabərliyi”nin təmini, bircinsli nigahların qanuniləşdirilməsi, Ukraynanın AB ilə yaxınlaşması, Rusiyaya qarşı müqavimət – yeritmək üçün onlaır cəlb etmək nəzərdə tutulub. 

Avropa parlamentində cəmi 751 deputat var. Beləliklə, Sorosun müttəfiqləri orada yerlərin üçdə birindən çoxunu tuturlar. “Açıq cəmiyyət”də az gözədəyən parlamentarilər, həmçinin  Avropa siyasətinin Martin Şults (bu yaxınlara qədər Avropa parlamentinin sədriydi) və ya Belçikanın keçmiş baş naziri Gi verhofstadt kimi ağırçəıkililəri haqda da dosye toplanıb.

Bu sənədə ictimai diqqəti Macarıstan baş naziri Bviktor Orban cəlb edib. O, son bir neçə ildə həmvətəni ilə – qalmaqallı milyarder Macarıstan ərazisində doğulub –  mübarizədə aşkar səylər sərf edir. Orban gender bərabərliyi və bircinsli nigahların pikində Macarsıtan konstitusiyasına ölkəni “Allahla xristianlığın birləşdirdiyi”, “nigahın isə kişiylə qadının ittifaqı olduğu” haqda düzəlişləri sındırıb.

Orban bu ilin martından Bnudapeştdə Sorosun puluyla yaradılmış və AB siyasi elitasının artıq bir neçə nəslini yetişdirmiş Mərkəzi Avropa universitetini bağlamağa cəhd edir.

Lakin iki macarın mübahisəsində əsas bənd mühacirlərdir. Orban 2015-ci ildə Serbiya ilə sərhəddə divar ucaltmaq sərəncamı verib ki, qaçqın axını ölkəyə buraxılmasın. Soros tənqidlə onun üzərinə düşüb, “diktator” damğası vurub və mühacirlərin Avropaya qəbulunu təşkil üçün özəl planını təklif edib. Ona  əsasən, Avropa Birliyi ölkələri ildə bbir milyondan az olmadan qaçqınları öz ərazisinə buraxmalıdır. Bu zaman yuxarı hədd müəyyən edilməyib. Hər bir mühaciri ildə 15 min avroluq sosial zərflə təmin etmək nəzərdə tutulub, onlar ölkələr üzrə isə hazırlanmış normaya uyğun bölünməlidir. Bu gün Brüsseldə məhz bu plan müzakirə olunur.

Norma haqda bütün maddələri indiyədək uğurla qulaqardı edən Vışeqrad dördlüyü ölkələri isə Sorosun niyyətinə qarşı var gücüylə mübarizə aparır. Və budur, Avropa parlamentinin vətəndaş azadlıqları, ədliyyə və daxili işlər üzrə komitəsi oktyabrın lap axırında sığıncaq vermək haqda AB qanunvericiliyinə dəyişikliklər təklifi edib ki, bədnam norma ölkələr üzrə qeydə alınsın. Həm də onda mühacir axınının yuxarı limiti əvvəlkitək göstərilməyib.

Macarıstan rəhbərliyi elə bu zaman Avropa parlamentinin bu qədər qorxulu qərarı niyə qəbul etdiyi xüsusunda avropalıların gözünü açmağı qət edib. Budapeşt DCLeaks hakerlərinin dərc etdiyi “Bizim Avropa parlamentindəki etibarlı müttəfiqlərimiz (2014-2019)” səciyyəvi adlı sənədin faktiki piarçısı kimi çıxış edib.

“Bu sənəd təkcə Macarıstanı təhdid etsəydi, problem olmazdı. Macarıstan hökuməti “Açıq cəmiyyət” ideoloqlarının üzərimizə axıtdığı, artan yalançı ittihamlar axınının öhdəsindən gəlməyə alışıb, – dövlət katibi Zoltan Kovaç bildirib. – Amma bu gün məsələ təkcə Macarıstana aid deyil. Bu sənəd bütün Avropanın gələcəyini təhdid edir”.

Kovaç iddia edib ki, AP-nin insan azadlıqlaırı üzrə komitəsində “Sorosun, ən azı, otuz aşkar tərəfdarı” işləyir. Təsadüfi deyil ki, milyarder (əslində, adi özəl şəxs) Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə bağlı qapılar arxasında görüşlər keçirir və onlaırn orada məhz nəyi müzakirə etdikləri haqda heç kimin anlayışı yoxdur.

Sorosun “demokratiya uğrunda mübarizəyə” nümayişkaranə şəkildə bağışladığı 18 milyard dollar nəzərə alınsa, onun “Açıq cəmiyyət”i dünyada ən böyük QKT-lərdən biri olub. Lakin rəsmi Budapeşti daxili istifadə üçün nəzərdə tutulan bu QKT-nin adi üsulundakı məhz nə bu cür ürküdüb?

Artıq sözügedən 226 deputatın dosyesində göstərilrib ki, onlar “Açıq cəmiyyət”lə artıq əməkdaşlıq edib və “yenidən cəlb edilə bilərlər”. O, təkcə açıq qaynaqlardan məlumatlar üzrə deyil, həm də “öz qüvvələri ilə yığılmış informasiyalar cəlb edilməklə” tərtib edilib. Mövcud xarakteristikaların üslubu qəribə şəkildə “Baharın on yeddi anı” filmindən “şəxsi işlər”i yada salır. Bircə “əsil ari” və “şimallı xarakteri” ifadələri “Avropayönlü” və “mütərəqqi” təyinləri ilə əvəzlənib.

Daha doğrusu, Sorosun “etibarlı müttəfiqlər”i “mütərəqqi”, “mötədil mütərəqqi”, “olduqca mütərəqqi” və “qəlbən mütərəqqi”lərə, həmçinin “Avropayönlü”, “fəal Avropayönlü” və “son dərəcə Avropayönlü”lərə bölünür. Məsələn, AP-nin Rumıniyadan deputatı Monika Makovey bu cür təsvir olunur: “Son dərəcə mütərəqqi, “Açıq cəmiyyət”in dəyərlərinin qeyd-şərtsiz müdafiəçisi, tərəddüd etmədən öz fraksiyasının rəyinə qarşı çıxış edir”.

“Mütərəqqidir, amma nəqliyyat və turizm Komitəsindəki rəhbərliyinə hədsiz dərəcədə aludədir” – bu, artıq Almaniya “Yaşıllar”ından Mikael Kramer haqqındadır.

“Açıq cəmiyyət”in müttəfiqlərinin çoxu mühacirlərin, LGBT və millətin reproduktiv sağlamlığının yaxşılaşdırılması uğrunda mübarizə aparır. Kürsəlçi jarqondan tərcümədə – üçüncü dünya ölkələrindən qeyri-məhdud miqrasiya, bircinsli nigahların leqallaşması və doğuşun məhdudlaşdırılması uğrunda çıxış edirlər.       

Mühacirət haqda qanunun dəyişdirilməsi uğrunda mübaruizəyə töhfə ayrıca vurğulanır. Bu bənd üzrə birincilik Silva Giyom (fransız sosial-demokratları) və Janna Lambertindir (İngiltərə “yaşılları”). Bu möhtərəm xanımlar möhz Sorosa gərək olan ruhda sığınacaq verilməsi haqda AB qanunvericiliyinin islahatına lobbilik edirlər.

Qaraçıları müdafiə etmək haqda da maddə var – Soros bu azlığı hər üsulla irəli sürüb və hələ Afrika və Yaxın Şərqdən mühacir axınının təşkilinə qədər müdafiə edib.

Sorosun Avropa parlamentariləri arasında sağçı partiyaların da təmsilçiləri var. Amma onların böyük əksəriyyəti sosial-demokratlar, hər mastdan solçular, ekoloqlar və “yaşıllar”dır. Bunlar, əsasən, elmi və yaradıcı ziyalıların təmsilçiləridir, müəllimlər olduqca çoxdur. Onlar tez-tez müasir kapitalizimi aludəçiliklə tənqid etdikləri kitabçalar yazırlar. Bu onlara müasir dövrün ən mənfur kapitalistlərindən birinə işləməyə mane olmur. Əlbəttə, bu “kart dəsti”ndə AB-nin bütövlüyünün qızğın tərəfdarları inamla üstünlük təşkil edirlər. Lakin “azlıqların hüquqları uğrunda mübaruzə” və mühacirət kimi məsələlər üzrə istifadə etmək təklif olunan “mötədil Avropa şəkkakları”nın soyadlarına da rast gəlinir.

Nəhayət ki, “Sorosun siyahısı” AB-nin siyasəti haqda mübahisələrdə daim üzə çıxan bir sualı cavablandırır – Avropa hökumətlərini öz vətəndaşları və onların maraqlarına qarşı oynamağa nə vadar edir? Bu cavab – korrupsiyalaşmaqdır. Sorosun yedizdirdiyi siyasətçilər onun layihələrinə uğurla lobbiçilik edirlər, ölkələrin rəhbərlərinin ona qarşı durmaqda istənilən cəhdi isə öz elitalarının müqaviməti ilə toqquşur. Budur, indi də milli dövlətlərin Viktor Orban kimi liderləri Sorosun şəbəkə strukturu ilə qarşıdurmanı uduzurlar. “Açıq cəmiyyət”in təsir agentləri ilə dopdolu Avropa parlamenti milyarderin Avropaya bir milyonm mühacirin dəvəti üzrə planını qəbul etməyə ciddi şəkildə hədəflənib.

Qərb demokratiyasının fasadı arxasında feodalizmi xatırladan struktur gizlənib. Solçu siyasətçilər elliklə quldur barona sədaqət andı içir və onun maraqlarına xidmət edirlər. Avropa əhalisinin maraqları bu zaman hesaba salınmır. Azadlıq və hüquqlarına baxmayaraq, o, demək olar, orta əsrlərin qara camaatı qədər hüquqsuz qalır.

Viktoriya Nikiforova (vz.ru, 03.11.2017)
Tərcümə Strateq.az-ındır. 

04.11.2017 21:36:00
Oxuma sayı: 2594