Koronavirusa yoluxmanın 56,1 faizi Bakı, 15,6 faizi Abşeron, 10,4 faizi Aran bölgəsinin payına düşür
Ölçü:

Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

Koordinat.az xəbər verir ki, son məlumatlara görə, ən çox yoluxma Bakıda qeydə alınıb. Bununla belə əvvəlki göstəricələrlə müqayisədə Bakıda yoluxma 1 faiz azalıb. Bundan əvvəl ölkə üzrə ümumi yoluxmanın 56,2 faizi paytaxın payına düşürdüsə, hazırda bu rəqəm 56,1 faiz təşkil edir.

Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2,1 faizlə Quba-Xaçmaz, 1,8 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.

Rəsmi məlumata görə, ən az yoluxma 0,4 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.

Son məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 2 nəfər vəfat edib.


13.09.2020 10:17:00
Oxuma sayı: 1973