Müəllimlər dərs vaxtı üz sipərindən istifadə edəcək
Ölçü:


“Bütün məktəblərə temperatur ölçən cihazlar alınıb və onların paylanması prosesi gedəcək”.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, Təhsilalanların maska taxması valideynlərin ixtiyarına buraxılır: "Müəllim və məktəb heyəti isə mütləq maska taxmalıdır. Müəllimlər dərs vaxtı əlavə olaraq üz sipərindən də istifadə edəcək”.
11.09.2020 16:21:00
Oxuma sayı: 11361