Baş Prokurorluq Qurgen Alaverdyanın komandirlərini beynəlxalq axtarışa verdi
Ölçü:

İyulun 12-dən başlayaraq Qazax rayonunun Xanlıqlar, Tovuz rayonun Ağdam və Dondar Quşçu kəndlərində dinc mülki əhaliyə qarşı törədilmiş, həmçinin avqustun 23-də diversiya-kəşfiyyat qrupunun icra etdiyi cinayət əməllərinin davam edən hərbi qarşıdurma fonunda baş verməsi Ermənistan silahlı qüvvələri tərəfindən planlaşdırılaraq törədilməsi və eyni xarakterli olması nəzərə alınmaqla həmin faktlarla bağlı başlanmış cinayət işləri bir icraatda birləşdirilərək Cinayət Məcəlləsinin müvafiq maddələrinə tövsif edilməklə sülh və insanlıq əleyhinə olan cinayətlər kimi qiymətləndirilib.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğundan bildirilib. Məlumata görə, erməni əsir-diversiyaçı, diversiyada tağım komandiri olaraq iştirak edən Qurqen Alaverdyan istintaqa ifadəsində bildirib ki, 23 avqust diversiyası onun komandiri Vazgen Vartanyanın göstərişi ilə törədilib. Qurqen Alaverdyan və Armen Camalyan bir qrup əsgərlə birlikdə Azərbaycan SQ-nin müdafiə mövqelərinə və əhali arasında vahimə yaratmaq məqsədilə yaşayış məntəqələrinə hücum etməli idilər.

Vazgen Vartanyana və Camalyan Armenə qarşı casusluq, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə, terror cəhdi və bir sıra digər maddələrlə cinayət işi açılıb. Bu materiallar əsasında Azərbaycan Baş Prokurorluğ qeyd edilən şəxslər barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edib, deyə məlumatda bildirilib.
10.09.2020 16:56:00
Oxuma sayı: 218