Dilqəm Əsgərovun ailəsi DTX-ya müraciət etdi - FOTO
Ölçü:

Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı  Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.

Koordinat.az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, Dilqəm Əsgərov şikayətində Melorasiya və Su Təsərrüfatının özbaşınalığından narazı qalıb: "Atam 7 ilə yaxındır əsir saxlanılan Şuşa qalasından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib. Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri,  torpaq sahələrində ferma və digər olacaqları olmayıb və bu ağ yalandır. Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq.Yəni  2014-cü ilin may ayında  bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məslə ədalətli şəkildə araşdırılsın" - deyə K.Əsgərov qeyd edib. O, həmçinin əlavə edib ki,melorasiya işçiləri bildirib  ki,  qaldırdığımız məsələ ağ yalandır on da sual verirəm " icarə müqavilələri necə verilib?
" Bilmək istəyirik icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki,məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın".
10.09.2020 17:35:00
Oxuma sayı: 135