Məşhur YAP-çı Qurban Məmmədovu müdafiə etdi: "Ondan qisas almaq üçün..."
Ölçü:

"Qurban Məmmədovdan qisas almaq üçün onun ailəsinə, körpə nəvələrinə bu dərəcədə şiddət nümayiş etdirməyin adı nədir?! Bu amansızlığı insan beyninə yerləşdirə  bilmir".

Koordinat.az xəbər verir ki, bunu məşhur YAP-çı, keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu özünün "Facebook" səhifəsində yazıb. Məşhur YAP-çı mülkiyyət hüququnun toxunulmaz olduğuna diqqət çəkərək Qurban Məmmədovun evinin nümayişkaranə şəkildə sökülməsinin yolverilməz olduğunu deyib.  O, hazırda Londonda yaşayan hüquqşünasın evinin məhkəmə qərarı olamadan sökülməsini qanunsuz və hüquqazidd hərəkət, Allah yanında bağışlanmaz günah adlandırıb: "Qurban Cəlal oğlunun siyasi mövqeyi ilə barışmasam da, onun ailəli qızlarına, nəvələrinə göstərilən təhdidlərin ilk müəllifi kimdirsə, o Allahın hüzurunda bağışlanılmaz günaha batıb. Eyni zamanda bu harın adamın  hakimiyyətə bu şəkidə yarınması heç bir çərçivəyə sığmır. Əksinə, hakimiyyətin zirvəsi üçün də ən böyük pisliyi edir. Sual edirəm, ağır dövləti xəyanətlərinə görə cəzalandırılan şəxslərə qarşı niyə bu cür münasibət sərgilənmədi? Xeyir ola..."

Xatırladaq ki, İngiltərədə siyasi mühacir həyatı yaşayan “Azerifreedom” internet kanalının rəhbəri, tanınmış hüquqşünas Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki evi sentyabrın 5-də sökülüb. Söküntüyə birbaşa Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Nurlan Həsənov başçılıq edib. Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri əllərində məhkəmə qərarı olmadan söküntü aparıblar. Bunun qanunsuz olduğunu bildirən ev sahiblərinə isə söküntüdən sonra məhkəmə qərarının gətiriləcəyini bildiriblər. Evin birinci və ikinci mərtəbəsini də darmadağın edən şəxslər, qalan hissəsini sökmək üçün ailəyə saat 12-yə qədər vaxt verib. Ertəsi gün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküntü dayandırılıb. Meriyadan bildirilib ki, Qurban Məmmədova məxsus mülkün sökülməsi barədə məhkəmə qərarı yoxdur.
09.09.2020 18:43:00
Oxuma sayı: 66