İbrahim xanın general rütbəsi və... vəhşicəsinə qətli barədə
Ölçü:


Müsəllim HƏSƏNOV

Bilirdinizmi ki, Rusiya imperatoru I Aleksandr Qarabağ hökmdarı İbrahim xana Rusiya ordusunun general-leytenantı hərbi rütbəsi vermişdi?

1805-ci il mayın 14-də Qarabağ hökmdarı İbrahim Xəlil xanla general Pavel Sisianov arasında Kürəkçay müqaviləsi imzalanır. Bu müqavilə ilə Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilir.

Bir neçə gün sonra general Sisianov imperatora xüsusi məktub yazaraq "...Şuşa qalasının açarını və İbrahim xan Qarabağlı ilə bağlanmış traktatı" ona təqdim etməkdən qürur duyduğunu bildirir, Rusiya imperiyasının genişlənməsi münasibətilə imperatoru təbrik edir.

Bütün bunlardan sonra 1805-ci il iyulun 8-də imperator I Aleksandr knyaz Sisianovun təqdimatına əsasən yeni fərman imzalayır. Həmin fərmanla İbrahim Xəlil xana Rusiya ordusunun general-leytenantı hərbi rütbəsi verilir...

Amma... bu yüksək hərbi rütbə təxminən bir il sonra - 1806-cı ilin avqustunda İbrahim xanın özünün, üç körpə uşaqla bir yerdə arvadının və çoxsaylı xidmətçilərinin rus ordusunun podpolkovniki Lisaneviç tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə mane ola bilmir...

P.S.
Bu yaxınlarda Rusiya prezidenti V.Putin Çeçenistanın başçısı Ramzan Kadırova Rusiya milli qvardiyasının general-mayoru hərbi rütbəsi verib.

Marksist klassiklər deyirdi ki, hər cür müqayisə qüsurludur...

Bəlkə də...

Amma "tarix təkrar olunur" deyimi də var...

Bu da qüsurludur, ya yox, deyə bilmərəm...

08.09.2020 14:31:07
Oxuma sayı: 5601