Sakinlər deputatın sahibi olduğu şirkətə etiraz etdi - polis işə qarışdı
Ölçü:


Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” şirkətinin Nizami rayonu ərazisində apardığı tikinti işləri sakinlərin etirazına səbəb olub.

Koordinat.az xəbər verir ki, şirkət Kamil Balakişiyev küçəsi, 42 ünvanında yaşayan sakinlərin yolunu bağlamağa çalışır. Buna səbəb isə şirkətin həmin binanın yanında tikdiyi çoxmərrtəbəli bina olub. Bu gün sakinlər şirkətin yolu bağlamasına etiraz olaraq aksiya keçiriblər. "Yenisabah.az"ın yaydığı məlumata görə, sakinlər şikrətin onlara əziyyət verdiyini, onların hüquqlarını pozduğunu bildiriblər: “Camaatın evinə gedən yola  məhdudiyyət qoyublar, hazırda heç kim evinə gedə bilmir. Hadisə Nizami rayonunda, düz metronun yanında baş verir. Bina köhnədir və bunların səhlənkarlığı ucbatından binamız əsir. Hamı bu dəqiq burada dayanıb. Onlar yolu səbəbsiz bağlayıblar. Qanuna görə binalar arasında 12 metr məsafə olmalıdır. Amma bunlara niyə qadağan olunmur, bilmirik".

Sakinlər şirkətin yol verdiyi qanunsuzluqlarla bağlı 25-ci polis bölməsinə müraciət etdiklərini, amma heç bir tədbir görülmədiyini söyləyiblər: "Əksinə, qarşı tərəfi müdafi edir, onlara köməklik göstərirlər. Biz insanları hələ bir hədələyirlər də...

Bizə onların hansı işi gördükləri maraqlı deyil, sadəcə yolumuzu kəsməsinlər, insanlar evlərinə gedə bilmirlər. Binada 50 nəfərdən çox sakin var. Bizim hüquqlarımız tapdalanır. Sabah mənim özüm xəstələnsəm, yaxud uşağıma bir şey olsa, buraya təcili yardım maşını gəlib girə bilməyəcək. Yanğın hadisəsi baş versə, yanğınsöndürən gələ bilməyəcək. Bizim yaşadığımız bina dövlət binasıdır, 28 nömrəli MİS-ə baxır”.

08.09.2020 12:47:00
Oxuma sayı: 160