Toy videolarını Aysel Teymurzadə çəkərək mətbuata ötürübmüş
Ölçü:


Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

Koordinat.az-ın məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib: "Filarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel Teymurzadə qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir? Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır".
06.09.2020 12:19:00
Oxuma sayı: 264