“Taksiyə imkanı olan adamlar minməlidir” deyən şöbə müdiri işdən çıxarıldı
Ölçü:


Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb.

Koordinat.az
xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev xəbəri təsdiq edib: “Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev işdən çıxarılıb”.

Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.

04.09.2020 15:07:00
Oxuma sayı: 480