İlqar Məmmədovun ingilis vəkili Prezident Administrasiyasına və iki nazirliyə nəktub yazdı –Görüş istəyir
Ölçü:


REAL Hərəkatının lideri İlqar Məmmədovun britaniyalı vəkili Ceremi Makbrayd Azərbaycanın dövlət orqanlarına müraciət edərək müttəhimlə görüşünə şərait yaradılmasını xahiş edib.

Koordinat.az xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb. Bildirilir ki, vəkil Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) İ.Məmmədovun işilə əlaqədar onunla ya görüşünə, ya da skype vasitəsilə danışmasına imkan verilməsini xahiş edir. Müraciət yanvarın 28-də Prezident Administrasiyası, XİN və Ədlyyə Nazirliyinə həm adi poçt, həm də e-mail ilə göndərilib.

Britaniyalı vəkil ötən ilin sonlarında İ.Məmmədovun müdafiəsinə qoşulub.
29.01.2018 19:09:00
Oxuma sayı: 878