Azərbaycanda neft hasilatı azalıb
Ölçü:


2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 5 milyon 579,3 min ton neft hasil edilib.

Koordinat.az xəbər verir ki,  SOCAR-ın açıqladığı statistikaya əsasən, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7 faiz azdır.

Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub. Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir: "Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib". 
12.10.2017 16:37:00
Oxuma sayı: 57