"Azəriqaz"ın kartlarında balans problemi: yüklənən pulların yarısı yoxa çıxır
Ölçü:


Bir neçə gündür ki, “PayPoint” köşklərində qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb.

Koordinat.az xəbər verir ki, sakinlər “Azəriqaz”ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər. Bildirilir ki, kartına ödəniş yüklədikdən dərhal sonra ödənişin bir hissəsi avtomatik olaraq balansdan yoxa çıxır. Son günlər təkcə paytax Bakıda yüzlərlə abonent bu cür problemlə üzləşib. Hətta ASAN Kommunal xidmətlərində də bu vəziyyətlə üzləşənlərin sayı az deyil.

Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbi etdiyi differensiallaşmış tarif ilə bağlıdır. “Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək (170 AZN) olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib”.

Məsələn, siz illik ayrılan 170 manatlıq qaz limitini 3-4 ay ərzində keçdiniz. Bundan sonra yüklədiyiniz hər 10 manatın 5 manatı (50%) karta yüklənəcək.

Limiti keçən vətəndaşlar differensiallaşmış tarifə uyğun olaraq qaz sərfiyyatına əvvəlkindən daha çox ödəməli olacaq.

12.10.2017 17:03:51
Oxuma sayı: 107