Rusiyalı general: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll onuacaq"
Ölçü:


"Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür".

Koordinat.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov "Sputnik Ermənistan"a bildirib. O deyib Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll olunmalıdır: "Paqon daşımağıma baxmayaraq, münaqişələrin həllinin yalnız sülh yolu ilə mümkün olduğuna əminəm. Belə addımlar müxtəlif strukturlarının birgə fəaliyyətləri təqdirində mümkündür".

Anatoli Sidorov Rusiyanın Azərbaycana silah satmasından da danışıb: "Rəsmi Bakı belə satınalmalara maraqlı olduqdan sonra mütləq hardansa tapıb alacaq. Belə bir deyim var: müqəddəs yer heç vaxt boş qalmır. Belə başa düşürəm ki, əsas vəzifə balansı saxlamaq və ya münaqişənin yekun həllinə nail olmaqdır. Bu baxımdan Rusiya silahlarının Azərbaycana satılmasının öz müsbət tərəfləri də var".
12.10.2017 14:21:01
Oxuma sayı: 97