Koronavirus peyvəndinin əks göstərişləri açıqlandı
Ölçü:


Yüksək temperatur və spirtli içki qəbulu koronavirus infeksiyasından vaksinasiya üçün əks göstərişdir.

 Koordinat.az-ın məlumata görə, bu barədə rusiyalı həkim immunoloq Vladislav Jemçuqov  bəyan edib. Onun sözlərinə görə, məhdudiyyətlər qrip vaksinasiyasındakı kimidir: “Peyvənd elə reaksiya verə bilər ki, insan üçün yaxşı olmaz. Düşünürəm ki, vaksinasiyaya 10-12 saat, hətta bir gün qalmış içmək olmaz. Bu müddət insanın qara ciyərinin fəaliyyətindən asılıdır”.

Jemçuqov preparatın saxlanılma şəraiti ilə də bağlı tövsiyələrini verib: “Peyvəndin son istifadə tarixi soruşulmalı, soyuducunun saxlanc yerindəki temperaturuna baxılmalıdır. Soyuducuda, temperatur müsbət dörd dərəcədən yüksək olmamalıdır”.
21.08.2020 09:32:00
Oxuma sayı: 2131