Araz Qurbanovun “Müsəlman ermənilər” kitabının təqdimatı keçirilib - FOTO
Ölçü:


Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM)  "Müsəlman ermənilər" Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabının təqdimat mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, SAM-ın Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi  Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarından bəhs olunur. Kitabda həmçinin qondarma "erməni soyqırımı" tələblərində fövqəlgüclərin regionundakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçıları- müsəlman erməniləri, "erməni" kimi təqdim edilən həmşinlilərdən istifadə cəhdləri, "Kimliyə qayıdış" və "Qarabağa dönüş" planlarından danışılır.

Təqdimat mərasimində Azərbaycan  Prezidentinin Administrasiyasının nümayəndələri, Milli Məclis üzvləri, alimlər, siyasi və hərbi ekspertlər, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri təmsilçiləri iştirak edib. Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov giriş sözü ilə açıb. Xarici əlaqələr söbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, professor Musa Qasımlı, elmi rəyçilərdən siyasi elmlər üzrə elmlər doktoru, professor Ramiz Sevdimaliyev və tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif - Araz Qurbanov tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunub.

Əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verilib. Onların neytrallaşdırılmasında düzgün  təbliğat işinin əhəmiyyəti vurğulanıb.
12.10.2017 12:49:30
Oxuma sayı: 178