Amerikalı keçmiş həmsədrlər Qarabağla bağlı geniş izahat verəcəklər
Ölçü:


Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

Koordinat.az xəbər verir ki, brifinq "ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" mövzusuna həsr olunacaq. Brifinqdə ATƏT-in Minsk qrupunda həmsil olunmuş iki amerikalı həmsədr - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək.

Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.
12.10.2017 12:42:23
Oxuma sayı: 132