Kremlin baş ideoloqu:“Ermənistan 5 rayonunun qaytarılması ilə razılaşıblar”
Ölçü:


“Açıq görünür ki, biz 5 rayonun azad edilməsinin tərəfdarıyıq. Təbii ki, biz Azərbaycanı AİB və KTMT-də görmək istəyirik. Amma bu, suveren Azərbaycanın qərarı ilə olmalıdır”.

Koordinat.az
xəbər verir ki, bunu Kremlin ideoloqu, filosof və publisist, Avrasiya ideyasının müəllifi kimi tanınan Aleksandr Duqin minval.az saytına müsahibəsində Qarabağ danışıqları ilə bağlı Moskvanın mövqeyini şərh edərkən bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi Azərbaycan xalqının azad iradəsi ilə Vladimir Putin və İlham  Əliyev arasında müzakirə olunur: “Vladimir Putin həmişə sübut edib ki, Azərbaycanın müstəqilliyinə, azadlığına və suverenliyinə hörmət edir. Türkiyə ilə Bakının iştirakı olmadan Ankara ilə heç bir danışıqlar aparmayacağıq”.

Kremlin ideoloqu daha sonra bildirib ki, Ermənistanın ağlı başında olan siyasətçiləri 5 rayonunun qaytarılması ssenarisi ilə razılaşıblar. “Bu məsələ üçtərəfli görüşlərdə dəfələrlə müzakirə olunub. Həm Ermənistan prezidenti, həm də bütövlükdə ağlı başında olan erməni siyasətçiləri bu ssenariyə hazırdır. Burada yeni və gözlənilməz heç nə yoxdur. Ermənistan mətbuatı 5 rayonun qaytarılmasıni Ermənistan mətbuatı məğlubiyyət, Azərbaycan tərəfi qələbə kimi qələmə verir. Bu razılıq o mənada qələbədir ki, regionda sülh bərqərar olacaq”, – Duqin bildirib.

Xatırladaq ki, 5 rayon məsələsi bir müddətdir ki, gündəmdən düşmür. Ermənistan KİV-də bu barədə ətraflı məlumatlara yer verilməsə də, ölkənin yüksək vəzifəli siyasətçiləri bununla bağlı mesajlar veriblər. Məsələn, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan etmişdi ki, ölkəsi 5 rayonu azad etməyə hazırdır.
13.11.2017 10:42:00
Oxuma sayı: 1329