Bakıda Beynəlxalq Neft Sammiti keçirilir
Ölçü:


Bakıda Beynəlxalq Neft Sammiti başlayıb.

Koordinat.az
xəbər verir ki, sammit Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) SOCAR-ın dəstəyi ilə “Argus” Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib. İki gün davam edəcək sammitin sessiyalarında "Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, “Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, “Xəzər regionunun nəqliyyat-logistika infrastrukturu”, “Azərbaycanda dəmiryol daşımalarının inkişaf meylləri”, “Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, “Xəzər regionunda maye yüklərin dəmiryol ilə daşınması” kimi mövzular müzakirə ediləcək. Həmçinin sammitdə "Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda neft emalı”, “Xəzər regionunda mini neftayırma zavodlarının cari vəziyyəti və inkişaf perspektivləri”, “Xəzər regionunda dəniz daşımaları”, “Azərbaycanın Xəzər dəniz gəmiçiliyi idarəsinin neft və neft məhsullarını nəqletmə potensialı”, “Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, “Həmhüdud dövlətlərin neft-kimya bazarı”, “Xəzər regionunun qaz nəqletmə layihələri”, “Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və digər mövzularda müzakirələr aparılacaq.

12.10.2017 10:41:00
Oxuma sayı: 56