ŞOK: Gorus şəhəri MDB-nin mədəni paytaxtı elan edildi- Sarkisyan açıqladı
Ölçü:


Müstəqil Dövlətlər Birliyi Ermənistanın Gorus şəhərini gələn il özünün mədəni paytaxtı elan edib.

Koordinat.az xəbər veririr ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan bu gün Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Xatırladaq ki, sammitdə, Rusiya, Belarus, Qazaxıstan, Özməkistan,  Tacikistan, Azərbaycan, Ermənistan, Moldovanın prezidentləri və Qırğızıstanıb baş naziri iştirak edib.

Tarixi Azərbaycan ərazisi olan Gorus Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngəzur mahalında yerləşir. 1930-cu il sentyabrın 9-da yaradılmış rayonun ərazisi 752 kv km-dir. Rayonun mərkəzi respublika tabeli Gorus şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 250 km-dir. 1988-ci ilədək azərbaycanlıları Görusda yaşamaqda davam edib və yalnız həmin il öz evlərini, dədə-baba yurdlarını tərk etməyə məcbur olublar. Bundan bir qədər sonra isə Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin qərarı ilə Gorus rayonunun adı erməniləşdirilərək Qoris adlandırılıb.
11.10.2017 22:21:27
Oxuma sayı: 217