Siqaret və alkoqollu içkilər bahalaşacaq
Ölçü:


"Azərbaycanda aksiz vergisi artırılarsa, o zaman tütün və alkoqollu içkilərində qiymətində artım olacaq”.

Koordinat.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin aksiz vergisinin dərəcələrinin dəyişdiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib. Deputat bildirib ki, idxalda şəffaflıq olduğu üçün vergilər də artırıla bilər: "Biz hələ 2016-cı ilin axırlarında Vergi Nəcəlləsinə dəyişiklik etdik, vergilərə baxdıq. O cümlədən alkoqollu içkilər və tütün məmulatlarına tətbiq olunan vergilərə də müəyyən qədər baxdıq. İdxalda elə də ciddi problem yoxdur. İdxalda müəyyən qədər şəffaflıq yarandığı üçün ola bilər ki, vergilər də artırılsın. Düşünürəm ki, alkoqollu içkilərin və tütün məmulatlarının vergiləri artırıla bilər”.

Vahid Əhmədov məsələnin Milli Məclisdə müzakirəyə çıxarılacağını, tətbiq vaxtının isə ondan sonra müəyyən ediləcəyini vurğulayıb.
11.10.2017 17:13:00
Oxuma sayı: 83