Əli Həsənov danışdı: "Xəstəxanadayam"
Ölçü:


Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Əli Həsənov Türkiyəyə aparılıb. 

Koordinat.az xəbər verir ki, yayılan məlumatlarda onun səhhətində ciddi problemlər yarandığı və təcili Türkiyəyə aparıldığı deyilir. 

"Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək" - Əli Həsənov özü "Publika.az"-a açıqlamasında deyib.

Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək: “Kəskin aritmiyanın və ütək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.

Qeyd edək ki, Əli Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir. O, 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib. PA-nın keçmiş şöbə müdiri ötən il noyabrın 29-da Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Hazırda Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, Ə.Həəsnov bir neçə il əvvəl Almaniyada açıq ürək əməliyyatı keçirib. 

20.08.2020 13:06:00
Oxuma sayı: 144