Almaniya şirkətləri Azərbaycana 460 milyon dollar sərmayə qoyub
Ölçü:


"2017-ci ilin 8 ayı ərzində Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dolları ötüb".

Koordinat.az
xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev AzərbaycanAlmaniya biznes forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu göstərici ölkələrimiz arasında mövcud olan potensialı tam əks etdirmir. "Bu günə qədər Almaniya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına birbaşa yatırılan investisiyaların həcmi 460 milyon dollardır. Lakin bu da potensialı tam əks etdirmir. Bu göstəricinin artırılmasına ehtiyac var və mən inanıram ki, bunu artırmağa nail olacağıq. Azərbaycan şirkətləri isə Almaniyaya bu günədək 120 milyon dollar yatırıb. Biz Almaniya iqtisadiyyatına əlavə investisiya yatırmaqda maraqlıyıqvə istiqamətdə işlər görülür", – deyə nazir müavini vurğulayıb.
 
S. Babayev bildirib ki, hazırda Azərbaycanda 200 alman şirkəti fəaiyyət göstərir. "Biz Almaniyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının artırılmasına çalışırıq. Biz Almaniyaya investisiya yatırmaq üçün araşdırmalar aparırıq", – deyə o qeyd edib.
11.10.2017 13:02:06
Oxuma sayı: 100