Mәktәblәrdә dәrnәklәr necə tәşkil olunur? - reallıq və kağız üzərindəki qaydalar
Ölçü:


Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən, ümumtəhsil məktəblərində şagirdlərin marağına uyğun olaraq dərnəklər fəaliyyət göstərməlidir. Şagirdlər həmin dərnəklərdə iştirak etməklə biliyini artırmaq üçün əlavə imkanlar qazanmış olur.

Bəs, məktəblərdə belə dərnəklər real olaraq fəaliyyət göstərirmə və orada şagirdlərə nə öyrədilir?

Koordinat.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif regonlarını əhatə edən 15-ə yaxın məktəb arasında kiçik sorğu keçirib. Məlum olub ki, məktəblərin tam əksəriyyətinə belə dərnəklər ya ümumiyyətlə yoxdur, ya da sadəcə dərs saatı az olan müəllimlərin əməkhaqqı ala bilməsi üçün formal qaydada fəaliyyət göstərir. Hətta bəzi məktəblərdə dərnəklərin hansı prinsiplər və qaydalar əsasında yaradılmalı olduğundan da xəbərsizdirlər.

Xatırladaq ki,  büdcә  vәsaiti  hesabına  maliyyәlәşdirilən dәrnәklәr hәr hansı bir mәktәbdә dәrnәklәr ayrılmış ştat vahidinә (stavkasına) uyğun yaradılır. Bu zaman şagirdlərin meyil vә marağı mütləq şəkildə nәzәrә alınmalıdır. Belə ki, dәrnәklәrin  tәşkilindә  әsas  mәqsәd  tәhsilalanların  mövcud  potensiallarının inkişafı, mәlumatlılıq  sәviyyәsinin artırılması  üçün  lazımi  şәraitin  yaradılması,  tәdris
proqramları  әsasında  qazandıqları  bilik  vә  bacarıqların  genişlәndirilmәsi,  onlarda yaradıcılıq vә tәtbiqetmә bacarıqlarının formalaşdırılmasından ibarәtdir. Dәrnәklәr şagirdlәrin könüllülüyü әsasında tәşkil olunur. Bu vә ya digәr dәrnәk mәqsәd vә mәzmunundan asılı  olaraq, bir, yaxud bir neçә  dәrs ili әrzindә fәaliyyәt göstәrә bilәr. Dövlәt büdcәsi hesabına maliyyәlәşdirilәn dәrnәklәr ibtidai, ümumi orta vә tam orta  tәhsil  sәviyyәsindә  tәhsil  alan  şagirdlәrdәn  tәşkil  edilir. Hәmin  dәrnәklәr komplektlәşdirilәrkәn sinif sәviyyәsindәn asılı olmayaraq şagirdlәrin marağı, istedad vә intellekti nәzәrә alınır. Yəni dərnəklər fәnn  vә  incәsәnәt  sahәlәri,  bәdii  vә  texniki yaradıcılıq, idman növlәri üzrә yaradıla bilər. Dәrnәklәr, bir qayda olaraq, 8 nәfәrdәn az olmamaqla komplektlәşdirilir. Hәr hansı bir dәrnәkdә şagirdlәrin maksimum sayı 15 nәfәr müәyyәn edilir.

Dәrnәk rәhbәri mәktәb direktorunun әmri ilә tәyin vә azad edilir. Hәr hansı bir
dәrnәyә rәhbәr tәyin olunarkәn onun dәrnәyin istiqamәtinә, mәzmun vә mahiyyәtinә uyğun sәriştә vә peşәkarlığa malik olmasını tәsdiq edәn sәnәdlәr (diplom, sertifikat vә s.) nәzәrә alınır. Dәrnәklәr  dәrsdәnkәnar  vaxtlarda  vә  direktor  tәrәfindәn  tәsdiq  olunmuş cәdvәl  üzrә  aparılır.  Dәrnәklәrin  fәaliyyәti  yerli  tәhsili  idarәetmә  orqanlarının  tәsdiq etdiyi illik plan әsasında tәşkil olunur.

Mәktәbin  rәhbәrliyi  tәşkil  olunan  dәrnәklәrin  sәmәrәli  fәaliyyәti  üçün mәsuliyyәt  daşıyır.  Dәrnәklәrin  işinә  ümumi  rәhbәrlik  vә  nәzarәt  direktor  müavinlәrindәn birinin vәzifә bölgüsünә daxil olunur. Dәrnәklәrin  dәrs  ili  (illәri)  әrzindәki  fәaliyyәti  şagirdlәrin  cәlb  olunduqları dәrnәklәrin tәyinatına uyğun tәdbirlәrdә (sәrgi, müsabiqә, yarış, konsert, olimpiada vә s.) iştirak sәviyyәsinә görә qiymәtlәndirilir.

10.10.2017 14:22:30
Oxuma sayı: 159