Rayonlara gediş-gəlişin açılması müzakirə edilir
Ölçü:


“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Koordinat.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: “Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.
15.08.2020 12:22:00
Oxuma sayı: 71