Azərbaycan buğda idxalını 34 faiz azaldıb
Ölçü:


Bu ilin yanvar-iyul aylarında Azərbaycana 94 037,45 min ABŞ dolları dəyərində 434 554,80 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, Azərbaycanın idxal etdiyi buğdanın dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 35,5%, həcmi isə 34% azalıb. Ümumiyyətlə, cari ilin yanvar-iyul aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 1,59% təşkil edib.

14.08.2020 14:58:00
Oxuma sayı: 66