Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının yeni binası açıldı – FOTO
Ölçü:


Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş 13 otaqdan ibarət binanın istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirildi.

Koordinat.az
xəbər verir ki, oktyabrın 4-də təşkil olunan tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov da iştirak edib. O, yeni inşa edilmiş binanın açılışını bildirən rəmzi lenti kəsərək bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinə, həmçinin, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımova yeni binanın inşasında göstərdiyi dəstəyə görə hörmətli millət vəkili Cavid Qurbanova təşəkkür edib. O, bundan sonra rayon əhalisinə daha yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyinə əmin olduğunu sööyləyib.

“Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin sədr müavini Həbib Misirov öz adından, birliyin sədri, rayonun hörmətli ağsaqqalı Qənbər Qurbanovun adından xəstəxananın kollektivini təbrik edib. O, həmçinin İctimai Birliyin bundan sonra da rayon əhalisinin sosial problemlərinin həllində yaxından iştirak edəcəyini deyib.

Tədbirdə digər çıxış edənlər ölkə başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan islahatların sağlam cəmiyyətin formalaşmasına, vətəndaşlarına daha yaxşı səhiyyə xidmətləri ilə təminatına şarait yaratdığını bildiriblər.
onda isə rayon ictimaiyyətinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirildi. 
07.10.2017 18:48:00
Oxuma sayı: 930