İlham Əliyev Hulusi Akarı qəbul etdi - FOTO
Ölçü:


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkədə səfərdə olan Türkiyə Respublikasının nümayəndə heyətini qəbul edib. 

Koordinat.az xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündar,  Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hakan Küçükakyüz, Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbal və hərbi nümayəndə heyətinin digər üzvləri iştirak edib. 

Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral da iştirak edib.

13.08.2020 16:53:00
Oxuma sayı: 43