Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Ölçü:


Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov bu gün Bakıda istintaqa cəlb olunub.

Koordinat.az xəbər verir ki, bu barədə məlumat “AzPolitika.info”ya E.Həsənova yaxın mənbələrdən daxil olub. O, Bakıda səfərdə olan Serbiya nümayəndə heyətilə birlikdə bir neçə gün əvvəl Bakıya dönüb.

E.Həsənovun istintaqa cəlb olunmasının təfərrüatları məlum deyil. Çox böyük ehtimalla, bu, XİN sistemindəki həbslərin istintaqı ilə bağlı ola bilər.

Əlavə məlumat veriləcək.
13.08.2020 15:24:00
Oxuma sayı: 47