100-dən çox erməni Livandan Ermənistana gətirilib
Ölçü:


Ermənistana gətirilən Livan ermənilərinin sayı açıqlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Nazirin müavini Tiqran Avinyan özünün “Facebook” səhifəsində yazıb. O, bildirib ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib.

T. Avinyanın sözlərinə görə, sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayı 45 nəfərdir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.
12.08.2020 15:41:00
Oxuma sayı: 40