Karantin rejiminin yumşaldılmasının iki səbəbi
Ölçü:


Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılmasına iki səbəbdən qərar verib.

Koordinat.az xəbər verir ki, bunu millət vəkili Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, birinci səbəb odur ki, pandemiyanın daha geniş yayılmasının qarşısı alınıb və yoluxma saylarında müsbət dinamika əldə olunub: "Artıq hər gün xəstəliyə yoluxanlarla sağalanlar arasında yüzlərlə fərq olur. Düşünürəm ki, müsbət dinamika davam edəcək.
İkinci səbəb də budur ki, biz iqtisadiyyatı uzun müddət "lokdaun" vəziyyətində saxlaya bilməzdik. Təbii ki, iqtisadi subyektlər işləməlidir. Lakin yeni şəraitdə işləmək üçün yeni təfəkkür və yanaşmalar tələb olunur. İstər iqtisadiyyatda, istərsə də sahibkarlıq fəaliyyətində yeni metodlar tətbiq edilməlidir. Bütün iş yerlərində, xidmət məkanlarında sosial məsafə gözlənilməli, gigiyenik qaydalara riayət olunmalıdır. Sahibkarlar işlərini yeni tələblərə uyğun elə qurmalıdırlar ki, yoluxanların sayı artmasın".

Deputat deyib ki, dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatın tam şəffaflaşdırılması, tətbiq olunan mexanizmlərin daha da genişləndirilməsi davamlı prosesdir və bütün şəraitlərdə sahibkarlardan daha məsuliyyətli olmağı tələb edir.
12.08.2020 14:44:00
Oxuma sayı: 40