Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsi üçün İşçi qrup yaradıldı
Ölçü:


Son illər ərzində həm müxtəlif ölkələrin təcrübəsi, həm də UNESKO və digər beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, mədəniyyət cəmiyyətin sosial, iqtisadi inkişafında və dayanıqlılığının təmin olunmasında müstəsna rol oynayır.

Koordinat.az xəbər verir ki, bununla əlaqədar mədəniyyət sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və yerli sahəvi inkişaf proseslərinin təhlil edilməsini əsas götürərək bu prosesdə ən müasir idarəetmə yanaşmaları və texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə kompleks islahatların həyata keçirilməsi zərurəti yaranıb.

Qeyd olunanların mədəniyyət sahəsində gələcək fəaliyyətin daha effektiv planlaşdırılması və həyata keçirilməsi üçün vacib rolu nəzərə alınaraq Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi sisteminin idarə edilməsinin təkmilləşdirilməsi üzrə yerli və xarici ekspertlərdən ibarət İşçi qrup yaradılıb.

İşçi qrupun yaradılmasında məqsəd mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, mədəniyyətdə şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması, mədəniyyət sahəsində iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirilmə modelinin qurulması, müasir menecment üsullarının uğurlu tətbiqi ilə mədəniyyət sahəsində effektiv idarəetmənin formalaşdırılması və milli yaradıcı potensialın reallaşdırılması üçün optimal platformaların yaradılması ilə bağlı təkliflər paketi hazırlamaqdır.

11.08.2020 13:45:00
Oxuma sayı: 202