Ceyhun Bayramov sabah Türkiyəyə gedir
Ölçü:


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək.

Koordinat.az
xəbər verir ki, bu barədə APA Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, səfər avqustun 11-də olacaq. Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.
10.08.2020 13:56:00
Oxuma sayı: 44