Çin və Rusiya prezidentləri Lukaşenkonu təbrik etdi
Ölçü:


Aleksanr Lukaşenkonu 80 faizdən çox səs toplayaraq yenidən Belarusun prezidenti seçilməsi münasibətilə ilk təbrk məktubunu Çinin dövlət başçısı və Rusiya prezidentindən gəlib

Koordinat.az xəbər verir ki, Çin Xalq Respublikasının rəhbəri Si Tzinpin Aleksandr Lukaşenkonu ilk təbrik edən dövlət başçısı olub. Bu barədə ölkənin rəsmi xəbər agentliyi BelTA açıqlama yayıb.

“Çin dövləti və xalqı adından və şəxsən sizə təbriklərimi çadırıram və xoş arzularımı çatdırıram” - Si Tzinpin təbrik məktubunda qeyd edib.

Rusiya prezidenti Vladimir Putin də belaruslu həmkarı Aleksandr Lukaşenkonu prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Putinin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, ilkin məlumatala görə, dünən Belarusda keçirilən prezident seçkilərində Lukaşenko seçicilərin 80,23% dəstəyini qazanıb. Müxalifət isə seçkilərin saxtalaşdırıldığını iddia edərək küçə və meydanlarda etiraz aksiyaları keçirir.
10.08.2020 12:50:00
Oxuma sayı: 53