2500 avtomobil postlardan geri qaytarılıb
Ölçü:

Sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə dünən nəqliyyat vasitələri ilə hərəkətdə olan 117 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Koordinat.az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 580-i rayon, 830-u paytaxt istiqamətinə olmaqla 1 410, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 300-ü rayon, 355-i paytaxt istiqamətinə olmaqla 655, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 235-i  rayon, 200-ü paytaxt istiqamətinə olmaqla 435 avtomobil geri qaytarılıb, ümumilikdə 2 500 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
10.08.2020 09:52:00
Oxuma sayı: 48