Belarus seçkilərdən dərhal sonra - FOTOLAR
Ölçü:



Ötən axşam seçkilərin ilkin nəticələri elan edildikdən sonra Belarusun paytaxtı Minskdə “Qələbə” meydanı yaxınlığında müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd edib.


Koordinat.az xəbər verir ki, meydana  axışan etirazçılarla polis qüvvələri arasında qarşıdurma yaranıb. "Sputnik Belarus"un yaydığı məlumata görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib, 120 nəfərdən çox yaralanan var.

Hazırda Minskin mərkəzində ötən gecədən etirazçılar və OMON-çular arasında toqquşmalar qeydə alınıb. Minskin Nemiqa stansiyasından Xlusotv körpüsünə gedən yol insanlarla doludur. Etirazçılar “Milis xalqladır”, “Yaşa, Belarus”, “Dəbilqələri atın” və s. şüarlarla səsləndirir. Onların Prezident administrasiyasına hərəkətinin qarşısını xüsusi polis dəstələri kəsib. Polis və OMON-çular əraziyə xüsusi texnika cəlb edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə tərəfdarlarını polisin onları həbs etməsinə bəhanə verməyəyə və aksiyanı dinc keçirməyə çağırış edib. 
 
Xatırladaq ki, prezident Aleksandr Lukaşenkonun guya, "ekzit-pol"da 79,7% səs toplaması etirazlara səbəb olub. Minsk və bölgə şəhərlərində xalq etirazları başlayıb.
Belarus Mərkəzi Seçki Komissiyası Bakı vaxtı ilə saat 10:00-da prezident seçkilərinin ilkin nəticələrini açıqlayacağını bildirib. Seçkilərdə seçici fəallığının 84,05% təşkil etdiyi bildirilir.
10.08.2020 10:13:00
Oxuma sayı: 46