Ermənilər Sərsəng su anbarı ilə bağlı böyük planın icrasına başlayır
Ölçü:


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bğlgəsində yaradılmış separatçı rejimin rəhbəri Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı müşavirə keçirib.

Koordinat.az xəbər verir ki, müşavirədə işğal altındakı rayonların rəhbərlərinin iştirakı ilə əkin sahələrinin genişləndirilməsi, suvarma su ilə təminat məsələləri müzakirə olunub.

Arutunyan işğal altındakı torpaqlarda əkin sahələrinin genişləndirilməsi və suvarılmasını təmin etmək üçün su anbarı vasitəsilə yayılan suvarma kanallarının istiqamətinin dəyişdiriləcəyini bildirib. Onun fikrincə, layihə icra olunsa, bu Qarabağ üçün “əsrin proyekti” sayılacaq. O, layihənin icrası üçün on milyonlarla dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

Xatırladaq ki, 1976-cı ildə Tərtər çayının üzərində inşa olunmuş Sərsəng su anbarı keçmiş Ağdərə rayonunu ərazisində yerləşir. Su anbarı Azərbaycanın 6 rayonunu (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Anbarda suyun başqa məcraya yönəldilməsi Azərbaycan üçün ciddi ekoloji təhlükə yarada bilər.

09.08.2020 09:17:00
Oxuma sayı: 78