Yeni dərs ilinə dair suallara gələn həftə tam aydınlıq gətiriləcək
Ölçü:


Məktəblərdə tədrisin bərpası ilə bağlı müzakirələr davam edir.

Koordinat.az
-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib. O, qeyd edib ki, bunun üçün dünya praktikası da nəzərdən keçirilir: "Hazırda əlimizdə hansısa resept yoxdur ki, ondan istifadə edək. Həm də vəziyyət o qədər dinamik dəyişir ki, qərar verilənədək rəqəmlər başqa istiqamətdə dəyişir. Amma növbəti dəfə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək".

 

08.08.2020 11:22:00
Oxuma sayı: 180