Bakı küçələri yenə tıxaca qərq oldu - FOTO
Ölçü:


Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur. Bu isə müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir:

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib. Belə ki, bu gün saat 9-dan saat 16-dək olan müddətə təkcə Z. Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza da baş verən andan sonra ən az 30-40 dəqiqəlik sıxlıq müşahidə olunub. Hərəkət intensivliyinin artıdığı indiki sıxlıq ən azı 2 km məsafəyədək təsir edir.

"Xüsusən pandemiya şəraitində bu kimi çətinliklərlə rastlamamaq üçün xüsusi hərəkət zolaqlarının təşkilinin vacibliyini bir daha vurğulamaq istərdik. Eyni zamanda sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq. Həmçinin xahiş edirik ki, hərəkətdə olan zaman müntəzəm və ekspres xətt avtobuslarına qarşı anlayışlı olsunlar" - deyə, Mais Ağayev əlavə edib.

07.08.2020 18:07:00
Oxuma sayı: 98