Məhkəmə Əli Kərimlinin sürücüsünə 4 il 6 ay həbs cəzası verdi
Ölçü:


AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.

Koordinat.az
xəbər verir ki, avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun haqqında belə hökm çıxarıb. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamla razılaşmayıb

P. Umudovun vəkili Zibeydə Sadıqova “Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.

Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib.

07.08.2020 17:36:00
Oxuma sayı: 97