Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilər həbs edilir
Ölçü:


Xarici ölkələrdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var.

Koordinat.az xəbər verir ki, bu barədə "Trend"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, aksiyalar zamanı azərbaycanlılara qarşı təxribatlar törədən ermənilərin cinayətə cəlb olunması məsələləri ilə bağlı Azərbaycan Respublikasının həmin ölkələrdəki diplomatik missiyaları (Belçika, ABŞ) bilavasitə məşğul olur. Müvafiq olaraq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olununub.

İnsident olan olan ölkələrdə erməni təxribatçılarından həbs edilənlərin olduğu barədə də məlumat var: “Komitə aksiyada zərərçəkmiş diaspor nümayəndələri ilə mütəmadi əlaqədədir. O cümlədən diaspor təşkilatları da hüquq mühafizə orqanlarına və digər müvafiq qrumlara baş vermiş hadisələrlə bağlı öz fikirlərini bildirib”.

07.08.2020 17:16:00
Oxuma sayı: 247