İki icra başçısı Təhsil Nazirliyinə qarşı - nazirin vəzifəyə təyin etdiyi şəxsi işləməyə qoymayıblar
Ölçü:


“Bu ölkədə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xüsusi imtiyazlı adamlardır? Deyirlər ki, ehtiyatlı ol, səni öldürtdürərlər".

Koordinat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə etdiyi videomüraciətdə səsləndirib. O, qeyd edib ki, Adil Vəliyev Sabunçu rayonunun bütün yaşıllıqlarını məhv edib: "Ya villalar tikilməsi üçün satdı, ya da öz malı kimi tutdu. Əvvəl Şəhrizad parkı idi, indi də Adil Vəliyevin şəxsi, yəni pullu uşaq bağçası olub. Neftçilər metrosundan Əhmədliyə qədər yaşıllıq idi. İndi isə hər yer obyektdir”.

Aslan İsmayılov bildirib ki, bu iki şəxs ölkədə heç bir qərarı, heç bir qaydanı tanımırlar. Onlar istədikləri kimi davranırlar. Hüquqşünas qeyd edib ki, onlar nəinki öz sahələrinə, hətta nazirliklərə də təsir edə bilirlər. Belə ki, Təhsil Nazirliyinin Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin etdiyi şəxsi Zakir Fərəcov qəbul etməyib. Nazirlik məcbur olaraq həmin şəxsi Abşeron rayonunda yerləşən məktəblərdən birinə məktəbə direktoru təyin edib. Burada isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova həmin xanımın işə çıxmasına icazə verməyib.
07.08.2020 15:50:00
Oxuma sayı: 99