Koronavirus bu gün: 129 yeni yoluxma, 421 sağalma, 4 ölüm
Ölçü:


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Koordinat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicə alan aktiv xəstə sayı 3197 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ötən müddət ərzində isə ümumilikdə 773051 test aparılıb.

 

 

 

 


07.08.2020 16:43:00
Oxuma sayı: 93