ŞOK: Xəstəxanada doğulan əkizlərdən biri oğurlanıb
Ölçü:


Bakıda ana yeni dünyaya gətirdiyi əkiz uşaqlardan birinin oğurlandığını iddia edib.

Koordinat.az xəbər verir ki, bu barədə Bakının Sabunçu rayon, Zabrat qəsəbə sakini Aytən Namazova bildirib. O, APA-ya açıqlamasında qeyd edib ki, iyulun 31-də 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində əkiz uşaq dünyaya gətirib. Ana iddia edir ki, uşaqlardan biri oğurlanıb: “Doğuşdan əvvəl UZİ-dən keçmişəm. Həkimlər mənə əkiz uşaq dünyaya gətirəcəyimi bildirdilər. Lakin doğuşdan sonra mənə bir uşaq verildi”.

Doğuşu həyata keçirən həkim-ginekoloq Xatirə Həsənova isə APA-ya açıqlamasında bildirib ki, Aytən Namazovanın şikayəti əsassızdır: “O, doğuşdan əvvəl bir dəfə UZİ-dən keçib. Həmin UZİ-nin nəticələri də səhv göstərilib. İstənilən vaxt kamera vasitəsi ilə yoxlama aparıla bilər”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

07.08.2020 16:21:00
Oxuma sayı: 89