Qubad İbadoğlu gəncləri onlayn görüşə çağırdı
Ölçü:


İqtisadçı alim Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilir.

Koordinat.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun özü məlumat yayıb. Bildirilir ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da  ADR Hərəkatının sədri Qubad İbadoğlunun gənclərlə görüşündə yeni yaranacaq siyasi partiya barədə müzakirələr açılacaq.

Görüş-müzakirə video konfrans formatındadır və ictimaiyyət üçün açıqdır. Özünü gənc hesab edən istənilən şəxs qoşula, fikirlərini bölüşə və suallarına cavab ala bilər.

07.08.2020 14:56:00
Oxuma sayı: 95