Səttar Möhbalıyevdən məcburi köçkünlərə ittiham: "Sanatoriyaları söküb aparırlar”
Ölçü:

“Məcburi köçkünlər sanatoriyaları yerli-dibli söküb aparırlar”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib. O bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində uzun illərdir, qaçqın və məcburi köçkünlər yaşayır: “Onlar gedəndə də oranı yerli-dibli söküb aparırlar. Pəncərələri, döşəmələri sökürlər. Dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır. Mən Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir, bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar, bizə niyə vəsait ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısan. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

Səttar Möhbalıyev, həmçinin, Naxçıvana dövlət büdcəsindən ayrılan vəsaitin az olduğunu da xatırladıb: “1,3 milyon manat vəsait ayrılıb, ayrılmasa, ondan yaxşı idi”.
07.08.2020 13:52:00
Oxuma sayı: 87