190 manata ehtiyacı var, amma 250 manatlıq maaşı olan işi istəmir
Ölçü:

"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib".

Koordinat.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin: "Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun".

Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?".
07.08.2020 12:57:00
Oxuma sayı: 65